Tehranda karantin rejiminin şərtləri yumşaldıldı ;”işə dön ya acından öl”, əmri veribdir
Iranda ölkə başçısı Ruhani artıq onun adlandırdığı Pilləkən metodu ilə yavaş yavaş işə dönmə zamanıdır, deyib və əlavə edibdir ki Ağıllı məsafə qoyma sistemi icra edilməli və millət işə dönməlidir. Beləliklə Ruhani Koronavirus ilə mücadilənin bu ölkədə iqtisadi maraqlardan və ölkə gəlirindən üstün tutulmamasını açıqca elan edib və millətin önünə Ya İşə dön ya acından öl seçimini qoyubdur.
Son 24 saat ərzində İranda koronavirusdan 177 nəfər həyatını itirib, 1627 nəfər isə karantinə alınıb.
Bununla da İranda virusa yoluxanların sayı 71 min 686, ölənlərin sayı isə 4 min 474 nəfərə çatıb.
Koronavirusla mübarizə üçün yaradılmış milli komitədə çıxış edən Həsən Ruhani bildirib ki, İranda virusa yoluxanların 2 faizi dünyalarını dəyişib. Lakin Avropa ölkələrində bu rəqəm 22 faiz təşkil edir.
Onun sözlərinə görə, sanksiyalar İrana virusla mübarizə aparmaq üçün əngəllər törətsə də xalqın birliyi və həkimlərin fədakarlığı daha böyük fəlakətin qarşısını alıb.
Rohani qeyd edib ki, Tehranda karantin şərtləri yumşaldılıb. Bəzi müəssisələrin işə başlamasına və metro istisna olmaqla şəhər daxili ictimai nəqliyyatın hərəkətinə icazə verilib. Lakin vətəndaşlar diqqətli olaraq sosial məsafəni gözləməli və tibbi maskasız bayıra çıxmamalıdırlar.
Buna baxmıyaraq son günlərdə sosial mediyadan paylaşan vətəndaşdan gələn məlumat isə durumun dəhşət törədici bir halda Metro və ümümi sərnişin nəqliyyatda millətin yanyana otuzdurulub daşınması çəkilən amator filmlərdə təsdiq edilibdir.