Üç böyük siyasi koalisiyanın konfransının yekun qərarı
İslam Respublikası rejiminin cinayət dolu həyatı hər gün davam etdikcə, ölkə içərisində basqılar və təzyiqlərlə bərabər həmçinin bölgədəki böhran və müharibə təhlükəsi genişlənəcəkdir.
İndi, İslam Respublikası rejimi problemsiz keçmək istədiyi başqa bir prezident seçkisi hazırlığındadır. Fəhlə və zəhmətkeşlərin çağırışı, təqaüdçülərin şüarı, əsir millətlərin fəryadı, İranın müxtəlif bölgələrindəki qadın hərəkatının meydandakı fəaliyyətləri, son illərdəki ətraf mühitin qurtarılması səyləri və s. bu günlər özlərini bir şüarda göstərirlər oda İslam Respublikası seçkilərini aktiv boykot etməkdir. İndi “İslam Respublikası seçkilərinə yox” şüarı “İslam Respublikasının devrilməsinə bəli” şüarı ilə tamamlandı və bu şüar 97- 98- ci il etirazları qurbanlaının evlad acısı çəkmiş anaları tərəfindən ictimai rəydə duyuruldu.
Azadlıq sevən insanlar, İranın əsir millətləri,
“Seçki numayişlərinə yox”, “İslam Respublikasının devrilməsinə bəli” və “İran Federativ Respublikasına doğru” konfransının keçirilməsinin motivi xalq etirazları və mövcud tələblərə uyğun bir hərəkat ilə müşayiət olunur və əslində həmdə anti-avtoritar mübarizə mərhələsi və eyni zamanda İranda azadlıq və demokratiya müjdəsidir.
Üç əsas siyasi koalisiya, İrandakı Demokratiyaçılar Şurası, İrandakı Azadlıq və Bərabərlik üçün Həmrəylik və Federal İran Millətlər Konqresi, rejimin formalitə seçkilərini fəal şəkildə boykot etməsində bütün xalqlara dəstək olub və rejimə qarşı mübarizədə siyasi rol oynamaq üçün İslam Respublikası və siyasi alternativlər olan Cümhuriyyət, federalizm və demokratiyanı İranın siyasi mənzərəsi kimi göstərməkdədir.
Üç böyük siyasi koalisiyanın konfransı indi uğurla başa çatdı. Konfransın iki günü boyunca natiqlər aşağadakıları vurğuladı :
Rejimə qarşı mübarizədə xalqın ümummilli həmrəyliyi və əslində insanların İslam Respublikası rejimini dəyişdirməyə zehni hazırlığı üçün zəmin yaradmaqla bərabər, həmdə insanlar arasındakı seçkiləri aktiv boykot etməyi vurğulayıb və fərqli müqavimət formalarını izah etdilər.
Eyni zamanda, konfrans zamanı natiqlər İslam Respublikasının devrilməsindən sonra plüralist demokratiyanın qurulmasının həyati əhəmiyyətini vurğuladılar.
İki günlük konfransdakı natiqlər bir səslə İranda sabah plüralist demokratiyanın əldə olunmasının cümhuriyyətçilik və federalizmə söykənən bir sistemin qurulması yolu ilə mümkün olacağını izah etdilər.
Yoxsulluğun aradan qaldırılmasına və sosial ədalətə, gender bərabər hüquqluğu, millətlərə bərabər hüquqluq, uşaq hüquqlarına, ətraf mühitin qorunmasına, ölkə içəridəki xalqların həmrəyliyinə və İran xalqının dünyanın digər xalqları ilə həmrəyliyinə və dünya ilə dostluq əlaqələrinin qurulmasına diqqət yetirildi və konfransda ayrıca vurğulanan mevzular oldu.
Konfransın kordinasiya Komitəsi ilk nöbədə konfransın əsas təşkilatçıları olan üç siyasi koalisiyanın üzvu olan təşkilatlarından konfransın qurucuları kimi, çıxış edənlər və iştirakçılara təşəkkür etməyi öz vəzifəsi hesab edir. Eyni zamanda konfransın kordinasiya komitəsi bu konfransı bir başa yayımlayan televiziyala və sosial şəbəkələrdəki dəstək kanallarına təşəkkür edir və əməklərini aqyrıca qiymətləndirir.
İran hamımıza ayiddir və bu səbəbdən sabah İrandakı demokratik hədəflərə doğru hər hansı bir əmək, orada yaşayan hər bir fərdin və həmçinin üxtəlif millətlərin istəklərinə yönəlmiş bir əməkdir.
Seçki numayişinə yox / İslam Respublikasının devrilməsinə bəli / İran Federal Respublikasına doğru irəli
İranda Azadlıq və Bərabərlik üçün Həmrəylik
İran Demokratiyaçılar Şurası
İran Federal Millətlər Konqresi
Üç Böyük Siyasi Koalisiyanın Konfransı kordinasiya Komitəsi
İranın azadlıqsevər insanları,
2021-06-06