İyun 7 2020 منیم آنام! / حمید احمدزاده(تیلیمخانلی) سن شاهلاردان تاج آلمیسان، نامردلردن باج آلمیسان؛ عؤمور سوروب قوجالمیسان منیم آنام سید خانیم! گرپیچ کسیب، توتون دوزدون، آجلیغا ، یوخلوغا دؤزدون؛ مارال کیمی داغدا سوزدون منیم آنام سید خانیم! سنسن آنام، سنسن آتام، محالدیر من سنی آتام؛ یادا سنسیز راحات یاتام منیم آنام سید خانیم! شرفله یادلانیب یادین- کوچهمیزده گؤزهل آدین؛ چوخ اوجادیر آدین قادین منیم آنام سید خانیم! فخر ائدیرم دؤنه-دؤنه، سن دایاق اولموسان منه؛ قوربان اوللام اؤزوم سنه منیم آنام سید خانیم! تورک ائلی فخر ائدیر سنه، سنی وئریب آلله منه؛ بنزهییرسن سن وطنه منیم آنام سیدخانیم! «آغاخانیم» بیاض تئللی، «تیلیمخانلی» بیزیم ائللی؛ تورکو سؤزلو، تورکو دیللی منیم آنام سید خانیم!
Uncategorized Sevil Süleymani: Hakimiyyət türk kimliyini qeyri-irani gördüyü üçün türk adlarını silmək istəyir
Uncategorized Məcid Araz: Milli Hərəkatın həm İran Azərbaycanı, həm də İranın tamamı ilə əlaqədar planı olmalıdır
Uncategorized Lalə Cavanşir: İranda türkcə sadəcə duyğu ifadəsi dili halına gəlir, artıq bu dildə düşünmürük
Uncategorized İranın hərbi xidmətində olan vətəndaş qeyri-müəyyən vəziyyətdə Təbriz Həbsxanasında saxlanılır
Uncategorized, Xəbər Zelenski :Hamı qorxur. Cavab vermirlər. Və biz heç nədən qorxmuruq. Biz Rusiyadan qorxmuruq…
İNSAN HAQLARI, Uncategorized, Xəbər, حقوق بشر İranda saxlanılan Türkiyəli fotoqrafçı sərbəst buraxılıb
Azərbaycan xəbərləri, Uncategorized, Xəbər, اخبار آذربایجان, حقوق بشر Milli fəal Vədud Əsədi Rəşt Həbsxanasına köçürülüb