سايير حركتلر

۱ مای، ایشچی لره قوتلو اولسون

 

مای  آینین بیری، عدالتی خاطیرلادان، عدالت سیزلیگه سون قویماغا بیر سیمگه سل گون سایلیر. دونياميز سورعتله دَيیشسه ده، انسانلارين عدالت آرزوسو و عدالتسيزليكدن قاچماسي هله ده اَن قديم ناغيللاردا اولدوغو كيمي دَیيشمز قالميشدير.

 

 بو گون ایشچیلر و زحمت آداملاری بین الخالق و یئرل آلاندا عدالت و برابرلیک اوزره آرپاردیقلاری حرکات و تاریخسل موباریزه‌نی قوتلاییب، گونئی آزربایجاندا امک آداملارینین بو گونکو ایستک لرینی مئیدانا قویمالیدیر.

 

۱ مای، زحمت اینسانلارینین بیر آرایا گلمک و عدالت اوغروندا جهد گؤسترمه‌نی نوماییش ائد‌ن گوندور. بو گونده، امک آداملاری، ایش و توپلومون اَن اؤنملی، اولوملو، و ضرورتلی مسئله‌لرین قالدیریب گونئی آزربایجاندا دَییشیک‌لیک اوچون لازیمی آددیملاری بیرلیکده آتمالیدیرلار. گونئی آزربایجان زحمت آداملاری گئنیش بیر باخیشدا دئموکراتیک ایستکلری، ایشچیلرین بو گونکو پروبلئملرینی میدانا قویوب، ایران دؤولتینین ظولمکار، عیرقی‌چی و سؤمورگه‌چی سیاستلرینی دایاندیرماق اوچون، گئنیش سویه ده بیرلیکده، ایفشا ائدیب، او سیاستلری دایاندیرماغا چالیشمالیدیر.

 

۱ مای، ایش آداملارینین گونودور، بو گون امک آداملارینین "ایش"ده اولان عدالت‌سیزلیکلری هایقیرما، و گونئی آزربایجانین سیاسی آلانیندا سؤمورولموش بیر دورومدان قورتارماسی اوغروندا چابا گؤسترمه‌سی گرکیر. چونکی، سؤمورگه‌چی بیر دؤولتین اسارتین‌ده یاشایان بیر میللتین ایش و زحمت آداملاری‌دا هئچ زامان عدالت، اینسانلیق، و برابرلیک اوزو گؤره بیلمزلر. ائله بونا گؤره‌ ده ایشچی حرکتی عدالت اوغروندا آپاران موباریزه‌سینی، گونئی آزربایجاندا گئدن میللی-دموکراتیک حرکته یاخینلاتمالیدیر. میللتیمیزین گونئی آذربایجاندا آپارادیغی میللی- دئموکراتیک حرکتی اوغور قازانمادان، بو میللتین امک و ایش آداملاری‌ دا هئچ زامان اوغور، و عدالت اوزو گؤرمه یه‌جکلر.

 

 

۲۰۱۴-نجو ایلین ۱ مای، بین الخالق گونو، عدالت اوزره آپاریلان موباریزه‌نی، میللی آزادلیق حرکتی ایله پارالئل اؤنه سورولمه‌لی و بیر یؤنده موباریزه آپاریلمالیدیر.

 

۱ مای، گونئی آزربایجانین ایشچی و امک آداملارینا قوتلو اولسون

 

 

گونئی آزربایجان میللی دئمکراتیک بیرلییی

بیرلیک

 

1 May, İşçilərə Qutlu Olsun

May ayının biri, ədaləti xatırladan, ədalətsizliyə son qoymağa bir simgəsəl gün sayılır. Dünyamız sürətlə deyişsə də, insanların ədalət arzusu və ədalətsizlikdən qaçması hələ də qədim nağıllarda olduğu kimi deyişməz qalmışdır.

 

Bu gün işçilər və zəhmət adamları beynlxalq və yerəl alanda ədalət və bərabərlik üzrə arpardığı hərəkat və tarixsəl mübarizəni qutlayıb və Güney Azərbaycanda əmək adamlarının bu günki istəklərini meydana qoymalıdır.

 

1 may, zəhmət insanlarının bir araya gəlmək və ədalət uğrunda cəhd göstərməni nümayiş etdirmək günüdür. Bu gündə, əmək adamları iş və toplumun ən önəmli, olumlu, və zərurətli məsələlərini qaldırıb, Güney Azərbaycanda dəyişiklik üçün lazimi addımları birlikdə atmalıdırlar. Güney Azərbaycan zəhmət adamları geniş bir baxışda demokratik istəkləri, işçilərin bu günkü problemlərin meydana qoyub, İran dövlətinin zülmkar, irqçi və sömürgəçi siyasətləri dayandırmaq üçün geniş birliklə, ifşa edib, o siyasətləri dayandırmağa çalışmalıdırlar.

 

1 may, iş adamlarının günüdür. Bu gün əmək adamlarının "iş"də olan ədalətsizlikləri hayqırma, və Güney Azerbaycanın siyasi alanında sömürülmüş bir durumdan qurturması uğrunda çaba göstərməlidir. Cünki, sömürgəçi dövlətin əsarətində yaşayan bir millətin iş və zehmət adamlarıda heç zaman ədalət, insanlıq, və bərabərlik üzü görə bilməzlər. Elə buna görə də işçi hərəkatı ədalət uğrunda aparan mübarizəsin, Güney Azərbaycanda gedən milli-demokratik hərəkata yaxınlatması gərəkir. Millətimizin Güney Azerbaycanda apardığı milli- demokratik hərəkati uğur qazanmadan bu millətin əmək və iş adamlarıda heç zaman uğur və ədalət üzü görməyəcəklər.

2014-cü ilin 1 may, beynəlxalq günü, ədalət üzrə aparılan mübarizəni, milli azadlıq hərəkatı ilə paralel önə sürülməli və bir yöndə mübarizə aparılmalıdır.

1 may, Güney Azərbaycanın işçi və əmək adamlarına qutlu olsun

 

Güney Azerbaycan milli demokratik Birliyi

BİRLİK
2014.04.28