سايير حركتلر

İsveçdə “Tolerans” Mövzusunda Fəlsəfə Seminarı Keçiriləcəkdir

Birlik-Media: Bu seminar 3 May 2014 tarixində Azərbaycanlı araşdırmaçıların iştirakı ilə keçiriləcəkdir. 

Bu seminarda İtalyanın Luis universitəsindən siyasət fəlsəfəsi üzrə araşdırmaçı Meysəm Badamçı, Berlin Elmlər Akademiyasından Din və Fəlsəfə üzrə araşdırmaçı Heydər Şadi və Azərbaycan Milli Elmlər Akademiyasından tarix və fəlsəfə üzrə araşdırmaçı Yasəmən Qaraqoyunlu çıxış edəcəklər.  “Tolerans” adlı seminarın çıxışları, Türkcə olacaqdır.

 

Seminarın Proqramı:

Dr. Meysəm Badamçı: Şəriət, Anayasaçılıq və Ümumi Ağıl; Anayasanın Tənqidi

Dr. Heydər Şadi: Tarixi Hermenotik və Etniklərarası Tolerans

Yasəmən Qaraqoyunlu: Azərbaycan Cümhuriyyətində Dini Tolerans

 

Zaman: 3 May 2013, Saat 10

Adres: Esplaneden 3 C, Sundbyberg

Orqanizator: İsveç ABF Kültür Mərkəzi