ديالوق و پولميك

SƏİD ƏZİZİ: BU “PARLAMENT”İN HÜQUQİ, TEKNİKİ VƏ SİYASİ MƏŞRUİYYƏTİ YOXDUR

Birlik- Media: Birlik təşkilatının üzvü Səid bəy Əzizi, 3 Aprel tarixində Ocaq TV-yə verdiyi müsahibədə Kopenhagendə baş verənlər haqqında danışmışdır. Səid Əzizi, müsahibədə bu oturuma dəvət aldığı və oturumda gedən söhbətlər haqqında fikrini bildirmişdir.

Siyasi aktivist Səid Əzizi, parlamentin olmasını gərəkli hesab etsə də bir neçə saat içində parlament qurulmasını yanlış addım hesab edir. Kopenhagendə bir araya gələn məhdud insanlar, Güneydəki vəya xaricdəki Azərbaycanlıları təmsil etmədiyini irəli sürərək, sürəcin yanlış olmasıyla birlikdə təmsil böhranının olduğunu də vurğulamışdır.

İsveçdə yaşayn siyasi aktivist müsahibədə haqlı tənqidlərlə İran dövlətinə bağlı olan qurumların təxribat mahiyyətli rekasiyaları və bir sıralarının diqqətsizcəsinə Quzeylilərin işə qarışması haqqında işlənən gərəksiz ifadələri ayırd etməyə də çalışmışdır.

Hüquqçuların, uzmanların olmadığı bir şəraitdə tələsik bir şəkildə üç saat içində parlament qurmağı yanlış hesab edən Səid Əzizi, siyasi elitadan öncə, hüquqçuların bu məsələdə olmasının gərəkliliyini vurğulayaraq indiki addımın qeyri- hüquqi bir addım olduğunu bildirir.

Səid bəyin söylədiyinə görə yazılı olaraq təşəbbüs qrupunun yaranmasını irəli sürmüşdür.  Bu isə bəyanatda öz əksini tapmamaqdadır.  

Səid bəyin fikrinə görə fərqli düşünənlər, fərqli ideojilərə inananların çağırılmadığı bir şəraitdə, eyni düşüncədə olanlar bir araya gəlirsə bunun üçün parlament deyil, partiya qurmaqları uyğundur. O, "Eyni düşüncəyə sahib insanların parlament qurmaq yönündə çalışması, parlament məsələsini tam anlamamaqdır"- deyə vurğulayır.

Səid bəy, Kopenhagendəki bəyanatı imzalayanların sonradan ziddiyyətli fikir və ifadələrinə də toxunur.

Hüquqi, siyasi və tekniki baxımdan məşruiyyəti olmadığını bildirən Səid Əzizi, heç bir halda buna “Parlament” adı verməyin mümkün olmadığını da vurğulayır.

Səid Əzizinin OCAQ Tv ilə müsahibəsini bu adresdən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=KwENWN0yV_I&feature=youtu.be