خانه/ ائو

On (10) təşkilatın ortaq əməkdaşlıq üçün çağrısı

Skärmavbild 2019 06 23 kl. 10.51.08

Ölkəmiz təxminən 40 ildir İslam Respublikasının zülüm və hökmranlığı altındadır. Bu gün, bir halda ki bütün sahələrdə İran əhalisi azadlıq, qurtuluş və özhaqlrını əldə etmək üçün mücadilə etməkdədirlər ,biz bir qrub cərəyanlar, təşkilatlar və siyasi partiyalar muxtəlf icimayi görus  və fərqli siasi keçmişlərimizlə aşağıdakı anlaşıma üzrə ortaq əməkdaşlığa başlamışıq. Biz bunu bir başlanqıc nuqtəsi kimi daha böyük bir ittifaqa doğru bir adım kimi görüb və bu yolda əlimizdən gəldiyi qədər çaba və çalışım göstərəcəyik.

Biz İranda demokrasi, cumhuriyyət və federalizmin qurulması, tolerantlıq, plüralizm, dinin və dövlətin insan haqları nizamnaməsinə əsaslanaraq bir birindən ayrımasını, bütün spektrlərin birlikdə yaşaması və demokratik siyasi tendensiyaların mövcudluğuna dair geniş bir ittifaqın zərurətinə inanırıq.

Biz İranda mədəni və demokratik hərəkatların dəvamı və genişlənməsinə və insanların mübarizəsinə dəstək vermə zərurətini güclü vurğulayaraq, bu anlaşmaya uyğun olan tərəfləri, qurumları, təşkilatları və demokratik cumhuriyyət hərəkətlərini dəvət edirik və İslam Respublikasını devirmək üçün birlikdə  mübarizə aparmağa dəvət edirik .

Bizim ortaq təməllərimiz

Giriş:

A: Baxmıyaraq ki bir əsrə yaxındır ki xalqın hakimiyəti yolunda, ölkədə demokrasının berpa olması və qurumsallaşması, azad,  müasir bir İran yaratmaq , azadlıq və sosial ədalətin yaradılıması , milli və dini azadlıqlar ücün mubarizə gedibdir, İran hələdə zülüm və otokratik hakimiyyətlərin əsiridir. İnsanlar siyasi, sosial, sinfi, hüquqi və sosial təhlükəsizliyin əsas hüquqlarından məhrumdurlar.

Ölkə əhalisinin yarısı olan qadınlara qarşı ayrı-seçkilik İran İslam Cumhuriyyətinin rəsmi siyasətidir. Muxalifət, ziyalılar, yazıçılar, sənətçilər, alimlər, gənclər və tələbələr hökumət tərəfindən təhdid və təəziqə mərüz qalma təhlükəsi ilə qarşı qarşıyadırlar.

Fəhlələr, müəllimlər, alimlər və ölkənin digər madi və məənəvi sərvət istehsalçıları insana yaraşan bir yaşam və ictimai ləyaqətini yaşamaq üçün lazım olan imkanlardan məhrumdurlar və eyni zamanda bir sendikat və müstəqil bir təşkilat yaratmaq hüququna malik deyirlər.

İran millətlərinə qarşı ayrı-seçkilik və zülüm ən şiddətli şəkildə davam edir. İran İslam Cumhuriyyəti şiddət və şiddət vasitəsilə milli və etnik hüquq tələblərinə cavab verməyə davam edir. İslam Cumhuriyətinin konstitusiyası və oradakı hakimiyyət quruluşu ayrı-seçkilik, din və dövlət bütövlüyü, azadlıq və müasirlik düşmənliyinə əsas səbəblərdır.İran İslam cumhuriyyətində insanlar öz suverənliyindən məhrum və insan hüquqları daima  şiddətlə taptalanmaqdadır.

İran İslam Cumhurusunun rejimi bütövlükdə islah edilə bilməz, və bu çərçivədə İran ehalisinin demokratik tələblərindən heç biri həyata keçirilə bilməz.

Buna görədə, İran İslam Cumhuriyyətinin rejiminin devrilməsi  bütün məhkəmə, qanunvericilik və icra orqanlarının (siyasi, hərbi, təhlükəsizlik və s.) ləğv edilməsi, İran İslam Cumhuriyyətinin konstitusiyasının ləğv edilməsi və digər qeyri-demokratik qanunların aradan qaldırılması , bir demokratik, din və dövlət ayrılığı və insan hüquqlarına əsaslanan sistemin yaradılması üçün əsas şərtdir.

B: İslam Cumhurisinə qarşı mübarizə onun qurulduğu gündən bəri həmişə davam etmişdir. Azadlıq və sosial ədalət mübarizləri on minlərlə mudafiəçisi qəddar hakimiyyətə qarşı mübarizədə son qırx il ərzində hayatarını qurban vermişdirlər. 40 ildir ki insanlar muxtəlif vasitələr ilə narazılığını bildirib və hökumətin repressiv siyasətinə baxmayaraq bəzən küçəyə çıxıblar ki hökumətin qeyri-demokratik, ədalətsiz və ayrı-seçkilik siyasətində nifrətlərini və müxalifətlərini ifadə etsinlər.

Onların son nümunəsi son aylarda, xüsusən keçən payızda son tətillər və etirazlarla gedən müxtəlif hərəkətlərdir.

Bu etirazların nəticəsi olaraq İslam Cumhuriyyətinin siması daha aydın uzə çxıb  və bu müqavimət və xalqın etirazları demokrasini əldə olunması üçün milli və beynəlxalq birliyə təsir göstərmişdir.

C: Son  40 il ərzində liberallar və solçular, demokratlar və Cumhuriyyətçi qüvvələr İslam Cumhurisinin hökumətinə qarşı müxtəlif plan və üsullar əsasında mübarizə aparmışlar. Ama təcrübə göstərdi ki, bu qüvvələrin birlikdə hərəkəti olmadan, onların siyasi inkişafi, cumhuriyyət və demokratik alternativinin formalaşmasına təsir etmək çətin olacaqdır. Bu gün hərəkətin irəliləməsi üçün işbirliyinin vacibliyi və bu qüvvələrin hərəkət birliyi əvvəlcədən daha çox həyati bir hala gəlmişdir.

Biz, bu anlaşmanın imzalayan təşkilatlar və partiyalar, müxtəlif  proqram, ictimai perspektivlər və müxtəlif siyasi mənşələrdən olaraq, demokratik cumhuriyyətçillər İttifaqının qurulmasının  vacibliyini, İnsan hüquqları ümumdünya bəyannaməsinə və onun əlavələrinə əsəasən İranda demokrasi, tolerantlıq, plüralizm, din və dövlət funksiyalarını bir birdən ayrılmağı, ayrı-seçkilikiliyə qarşı durmaq və bütün spekterlərin bərabər  hüquqda yaşamaqlarının və demokratik siyasi tendensiyaların mövcudluğu kimi dəyərlərə əsaslanan bir demokratik cumhuriyyət quruculuğu hədəfinə bağlıyıq. Biz ki İran əhalisinin etiraz hərəkatını, ki müxtəlif siniflər və ictimayi qruplar və toplumun azadlıq sevər gücləridirlər, genişlənməsi və dərinləşdirməsinə davam etməsi yolunda mubarizə edirik. Mədəni, demokratik və sivil mübarizəsini vurğulayırıq ki  etiraz hərəkatının əsas xarakteridir. Biz İranın cumhuriyyətçilərinin birləşdirmək üçün bu anlaşmanı bir vacib altdım kimi düşünürük.

Ortaq planımız

  1. Din və dövlətin ayrılmasına əsaslanan bir parlamentər cumhuriyyət şəklində demokratik birliyin qurulması , Qüvvələrin ayrılması və siyasi pülüralizmin yaranması, dövlətin bütün qurumlarının birbaşa xalq tərəfindən seçilməsi, siasi gücün hakimiyyətdə dəyişdirilməsi prinsipinə qəbul etmək. Bu prinsipi vurğulayırıq ki, xalqın səsverməsi hakimiyyətin yeqanə qaynağı və suverenliyin hüquqidir.
  2. İran, Farslar, Türklər, Kürdlər, Ərəblər, Bəluçlar, Türkmənlər və digər linqvistik qruplar və dini və mədəni azlınlıqların bir yerdə yaşanması nəticəsində yaranmış bir ölkədir. İran xalqlarının sabit bir ittifaqda olması üçün vacibdir ki:

Birincisi, bu xalqların höviyyəti ya milli kimlikləri və milli-demokratik hüquqları onların öz müqəddəratını təyin etmək hüququna malik olmasını rəsmiyyətə tanınsın.

İkincisi,  İranın siyasi strukturunda hakimiyyətin və gücun indiki mərkəzləşdirmə sistemi öz yerini mərkəzsizləşdirmə və gücun bölüşdürmə mövqeyinə dəyişdirilsin.

Biz iran vətəndaşlarının azad birliyini bir siyasi və inzibti Federal sistemdə istəyirik.

  1. Din və dövlətin ayrılması və fikir azadlığının təmin edilməsi, din və məslək azadlığının təmin edilməsi.
  2. Xalqın siyasi azadlıqlarını, demokratik və vətəndaş hüquqlarını təmin etmək, düşüncə və ifadə azadlığı, mətbuaat və informasiya, geyim və həyat tərzi, siyasi partiyalar, toplaşmaq azadlığı, nümayişlər, etirazlar, həmkarlar ittifaqlarıın izinli olması.
  3. Gender, dini, etnik, milli, dil və peşə mənsubiyyətindən asılı olmayaraq vətəndaşlara bərabər hüquqların verilməsi.
  4. BMT İnsan hüquqlarının Ümumi Bəyannaməsində və onun konvensiyalarında göstərilən hüquq və azadlıqların öhdəliyi və təmin olunması.
  5. Ölüm cəzasının ləğvi və insan ləyaqətini və insan kəramətini ləkələyən hər cəzanın qaldırılmsı.
  6. Qadınların bərabər hüqüqluğu, gender ayrı-seçkiliyi haqda bütün qadın haqlarına qarşı qanunların qaldırılması və bu haqda konvensiyanın müddəalarının tam şəkildə tətbiq edilməsi və fərdi, ailə, sosial və sosial həyatın bütün sahələrində qadınların isteedad və bacarıqlarının inkişafı üçün lazımi imkanların təmin edilməsi üçün hüquqi təminatların verilməsi.
  7. Ölkədə demokratiyanın əsaslarını gücləndirmək və onun tərkib hissələri olan millətlərin tarixən uzun zaman bir yerdə yaşamasının dəvamını təmin etmək üçün İran millətlərinin bərabər hüquqları bir vahid, demokratik və mərkəzsizləşdirilmiş bir sistemdə  milli, siyasi, sosial, sinfi haqları və təzmin və təmin olunmalıdır.
  8. Mənzil, səhiyyə, təhsil, iş , mədəniyyət və sosial təminata çıxış imkanları üçün hər vtəndaşa bərabər imkanların təmin edilməsi.
  9. İranın bütün ölkələrlə qarşılıqlı hörmət əsasında siyasi əlaqələrinin qurulması, İran əhalisinin suverenliyi prinsipinin qəbul edilməsi, milli maraqların və dünya sülhünün qorunması əsas alınmalı. İran vətəndaşlarının müqəddəratı və onların alternativlərini müəyyən etmək haqları ilə bağlı məsələlərdə, xarici qüvvələrin iştirakı ilə təmin olmasına biz razılaşmırıq.
  10. İran əhalisinin demokratiya və azadlıq mübarizəsi ilə həmrəylik içində İranda insan hüquqlarının pozulmasına etiraz etmək üçün və İran İslam cumhuriyyətinin təzyiq göstərmək üçün ictimaiyyətin diqqətinin cəlb edilməsi və beynəlxalq təşkilatların İran əhalisinin mübarizələrindən himayəsinin dəstəklənməsi.
  11. fundamentalizm, şiddət və terrorizmlə müxalifət.
  12. Biz  hökumətin zorakılığına qarşı müdafiə haqı və iqtisadi və siyasi tələbləri istəmək üçün mədəni numayşlər, cəmiyyətlərin oturma əyləmləri, tətillərin, yürüşlərin və mübarizənin müxtəlif formalarının keçirilməsini vətəndaşların əsas hüquqlarından bilirik.

16 noyamber 2018

Əlaqə adresi

این آدرس ایمیل توسط spambots حفاظت می شود. برای دیدن شما نیاز به جاوا اسکریپت دارید

Azərbaycan demokratik birliyi - Birlik

İran cumhuriyyətçilerinin laik ve demokrakik hərəkatı

Əhvaz tezamun demokrat partiyası

İran kurdustanın demokrat partiyası

Kurdustan demokrat partiyası

İran kurdustanının komələ partiyası

Bəluçistan xalq partiyası

İran fədayilərinin birliyi təşkilatı

İran solçu sosiyalistlərinin muvəqqət şurası

Kurdustan zəhmətkəşlərinin komələsi

دوشونجه - اندیشه

ساخت و پرداخت هویتی در ایران/ سعید پیوندی

ساخت و پرداخت هویتی در ایران/ سعید پیوندی
ایرانی بودن به چه معناست و این حس هویتی مشترک میان مردمان سرزمینی که در داخل مرزهای امروزی کشور زندگی می‌کنند از ادامه...

ستارخان دوشونجه لرینی ، هله ده دوشونمه ین لر وار/ ابراهیم...

ستارخان دوشونجه لرینی ، هله ده دوشونمه ین لر وار/ ابراهیم...
چاغداش تاریخیمیزده اؤز دؤوروندن ایرلی گئدن اینسانلاریمیز آز اولماسا دا آراسیرا اؤزگه اولوسلارین بویوندوروغو ادامه...

ژان پول سارتر نه دئییردی؟

ژان پول سارتر نه دئییردی؟
ژان-پول سارتر (Jean-Paul Sartre) 1905-جي ايلده آنادان اولوب. گمي کاپيتاني اولان آتاسي او کؤرپه اولارکن دونياسيني ادامه...

شاید مسأله حق تحصیل به زبان مادری باشد!/ سعید متین پور

شاید مسأله حق تحصیل به زبان مادری باشد!/ سعید متین پور
در نخستین سال‌های دهه‌ی ۶۰ خورشیدی «حبیب ساهر» مدرس و مؤلف علم جغرافیا و شاعر نوپرداز با پرتاب خود از بالکن ادامه...

طبقه کارگر و مسأله ملی/ و. ای. لنین

طبقه کارگر و مسأله ملی/ و. ای. لنین
روسیه، تا آنجایی که به مسأله ملیتهای او مربوط می‌باشد، کشوری است مختلط. سیاست حکومت که همانا سیاست ملاکین ادامه...

سون ماتريال