خانه/ ائو

تحصيل و مدنيت ساحه سينده چاليشانلارين اوتورما ائعتيراضين دان حيمايت ائديريک

logo2

ايرانين تحصيل و مدنيت تشکيلاتلارينين کوورديناسيا شوراسينين سون بياننامه و چاغريسي، اصلينده بير چوخ سايدا چاليشماقدا اولان مدني کاديرلار و يا تقاودچولرين یا امکلی لرین اعتيراضلارينين آرديدير، کي خصوصا مئهر و آبان آيلاريندا اوتورما اعتيراضلارينين گئنيش شکيلده ايشتيراکچيلاري طرفيندن وئرميشدير.

سون ايللرده موختليف واسيطه‌لر ايله تحصيل و مدنيت خاديملري اولسون ايشله‌ين اولسون تقاودچولریا امکلی لر، اؤلکه‌ده تحصيل سيستئم اينه اعتيراض ايله ياناشي،هم دا شاغي امک حاقي،آنورمال ايش وضعيتي ايله باغلي اعتيراضلار ائتميشلر. بو اعتيراضلارا ايران رئژيمينين رئاکسياسي،اکثر حاللاردا يئغينجاقلاراهوجوم، دؤيولمه،ايشدن قووماق،توتوقلاماق و حبسه آتماق اولموشدور.

ائله بونا گؤره‌ده ايسفند ايينين12 و 13 و 14 جو گونلري،اوتورما اعتيراضيندان اولان چاغريدا مدنيت صينيف ا ينده اولان بوتون توتولانانلار و حبسده اولانلارين آزاد ائديلمه‌سي و بوتون بئلنچي دوسييئه لئرين بيردفعه‌ليک باغلانماسي باشدا گلن ايستکلردن دير.

ايکينجي ايستئک کيمي مدنيت خاديملري بوتون مدني و مولکي حاقلارينين بيلينجيندئ اولاراق،آزاد مدني قوروم يا سئنديکالارين يارانماسيني طلب ائتديلر.

باشکا ايستکلر ايچيندئ تحصيله يئتئرلي اويغون بودجه‌نين وئريلمئه‌ سي،پوللو مکتبلر سياستيني دايانديرماق،تقاودچولرين امک حاقيني ايشله‌مکده اولان کادر سويييه‌سينه ياخينلاشديريب اونلارين گليريني يوخسوللوق حدديندن يوخارييا قالديرماق ويارارسيز سيغورتا موقاويله‌لرينين لغو اولونما طلبي واردير.

"ايراندا آزادليق و برابرليک دايانيشماسي "تحصيل و مدنيت خاديملرينين اوتورما اعتيراضلاريني تمامن دستک لييه‌رک،بوتون باشکا اينسان گروپلاريني،او جومله‌دن مکتب شاگيردلري و طلبه‌لري اونلاردان حيمايه ائتمه‌يه دعوت ائديب،عئيني زاماندا اونلارين حاقلي اعتيراض سسلريني يوکسک سويييه‌ده عکس ائتديرمه‌يه چاليشير.

ايران دا آزادليق و برابرليک اوچون دايانيشما

9 ايسفند 1397 / 28 فئورال 2019

 

Təhsil və mədəniyyət sahəsində çalışanların oturma etirazından himayət edirik ....

İranda təhsil və mədəniyyət xadimlərinin təşkilatlarının şurası bazar ertəsi günü 6 İsfənd dayında bir bəyannamə yaymlayaraq ölkədə bütün müəllimlərdən istədi ki İsfənd ayinin 12 və 13 və 14 cu günlərində məktəblərin məllimlər otaqlarında oturma etirazı nümayiş etdirib və dərslərdə iştirak etməkdən imtina etsinlər.

İranın təhsil və mədəniyyət təşkilatlarının koordinasiya şurasının son bəyannamə və çağrısı, əslində bir çox sayda çalışmaqda olan mədəni kadırlar və ya təqaüdçülərin etirazlarının ardıdır, ki xüsusən Mehr və Aban aylarında oturma etirazlarının geniş şəkildə iştirakçıları tərəfindən vermişdir.

Son illərdə müxtəlif vasitələr ilə təhsil və mədəniyyət xadimləri olsun işləyən olsun təqaüdçülər , ölkədə təhsil sisteminə etiraz ilə yanaşı , həmdə aşağı əmək haqqı , anormal iş vəziyyəti ilə bağlı etirazlar etmişlər.

Bu etirazlara İran rejiminin reaksiyası , əksər hallarda yığıncaqlara hücum, döyülmə , işdən qovmaq , tutuqlamaq və həbsə atmaq olmuşdur.

Elə buna görədə İsfənd ayının 12 və 13 və 14 cu günləri , oturma etirazından olan çağrıda mədəniyyət sınıfında olan bütün tutulananlar və həbsdə olanların azad edilməsi və bütün belənçi dosiyelerın birdəfəlik bağlanması başda gələn istəklərdən dir.

İkinci istek kimi mədəniyyət xadimləri bütün mədəni və mülki haqlarının bilincinde olaraq , azad mədəni qurum ya sendikalarin yaranmasını tələb etdilər.

Başka istəklər içinde təhsilə yeterli ve uyğun büdcənin verilmesi , pullu məktəblər siyasətini dayandırmaq , təqaüdçülərin əmək haqqını işləməkdə olan kadırlar səviyyəsinə yaxınlaşdırıb onların gəlirini yoxsulluq həddindən yuxarıya qaldırmaq və yararsız sığorta müqavilələrinin ləğv olunma tələbi vardır.

"İranda azadlıq və bərabərlik dayanışması " təhsil və mədəniyyət xadimlərinin oturma etirazlarını təmamən dəstəkliyərək , bütün başka insan gruplarını , o cümlədən məktəb şagirdləri və tələbələri onlardan himayə etməyə dəvət edib , eyni zamanda onların haqlı etiraz səslərini yüksək səviyyədə əks etdirməyə çalışır.  

İranda Azadlıq və bərabərlik üçün dayanışma

9 isfənd 1397 / 28 fevral 2019      

دوشونجه - اندیشه

ساخت و پرداخت هویتی در ایران/ سعید پیوندی

ساخت و پرداخت هویتی در ایران/ سعید پیوندی
ایرانی بودن به چه معناست و این حس هویتی مشترک میان مردمان سرزمینی که در داخل مرزهای امروزی کشور زندگی می‌کنند از ادامه...

ستارخان دوشونجه لرینی ، هله ده دوشونمه ین لر وار/ ابراهیم...

ستارخان دوشونجه لرینی ، هله ده دوشونمه ین لر وار/ ابراهیم...
چاغداش تاریخیمیزده اؤز دؤوروندن ایرلی گئدن اینسانلاریمیز آز اولماسا دا آراسیرا اؤزگه اولوسلارین بویوندوروغو ادامه...

ژان پول سارتر نه دئییردی؟

ژان پول سارتر نه دئییردی؟
ژان-پول سارتر (Jean-Paul Sartre) 1905-جي ايلده آنادان اولوب. گمي کاپيتاني اولان آتاسي او کؤرپه اولارکن دونياسيني ادامه...

شاید مسأله حق تحصیل به زبان مادری باشد!/ سعید متین پور

شاید مسأله حق تحصیل به زبان مادری باشد!/ سعید متین پور
در نخستین سال‌های دهه‌ی ۶۰ خورشیدی «حبیب ساهر» مدرس و مؤلف علم جغرافیا و شاعر نوپرداز با پرتاب خود از بالکن ادامه...

طبقه کارگر و مسأله ملی/ و. ای. لنین

طبقه کارگر و مسأله ملی/ و. ای. لنین
روسیه، تا آنجایی که به مسأله ملیتهای او مربوط می‌باشد، کشوری است مختلط. سیاست حکومت که همانا سیاست ملاکین ادامه...

سون ماتريال